• şənbə, 20 Aprel, 01:51
  • Baku Bakı 15°C

CHP-nin ən nüfuzlu millət vəkillərindən biri istefa verib

31.10.14 17:14 956
CHP-nin ən nüfuzlu millət vəkillərindən biri istefa verib
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) ən tanınmış və nüfuzlu millət vəkillərindən olan Əminə Ülkər Tarhan partiyadan istefa verib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Ankara millət vəkili Ə. Ü. Tarhan istefa bəyanatında CHP rəhbərliyini sərt tənqid edib.
Ə. Ü. Tarhan 2015-ci il parlament seçkiləri öncəsi CHP rəhbərliyinin əvvəlki səhvlərindən nəticə çıxarmadığını, partiyadaxili demokratiyanı inkişaf etdirmədiyini, son qurultayı kreslo mübarizəsinə çevirdiyini, ölkədə avtoritarizm qurulması prosesini sakitcə izlədiyini, ölkənin daxili və xarici təhlükələrlə üz-üzə qaldığı bir dövrdə xalqın gözləntilərinə cavab verən siyasət yeritmədiyini bəyan edib: “Bu siyasəti dəyişdirə bilməyəcəyimi nəzərə alaraq, iqtidara gəlmək hədəfi və ümidi olmayan bir partiyanın tərkib hissəsi olmamaq üçün CHP-dən istefa verirəm”.
banner

Oxşar Xəbərlər