AZE | RUS | ENG |

CHP-nin ən nüfuzlu millət vəkillərindən biri istefa verib

CHP-nin ən nüfuzlu millət vəkillərindən biri istefa verib
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) ən tanınmış və nüfuzlu millət vəkillərindən olan Əminə Ülkər Tarhan partiyadan istefa verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Ankara millət vəkili Ə. Ü. Tarhan istefa bəyanatında CHP rəhbərliyini sərt tənqid edib. Ə. Ü. Tarhan 2015-ci il parlament seçkiləri öncəsi CHP rəhbərliyinin əvvəlki səhvlərindən nəticə çıxarmadığını, partiyadaxili demokratiyanı inkişaf etdirmədiyini, son qurultayı kreslo mübarizəsinə çevirdiyini, ölkədə avtoritarizm qurulması prosesini sakitcə izlədiyini, ölkənin daxili və xarici təhlükələrlə üz-üzə qaldığı bir dövrdə xalqın gözləntilərinə cavab verən siyasət yeritmədiyini bəyan edib: “Bu siyasəti dəyişdirə bilməyəcəyimi nəzərə alaraq, iqtidara gəlmək hədəfi və ümidi olmayan bir partiyanın tərkib hissəsi olmamaq üçün CHP-dən istefa verirəm”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917