• cümə, 19 Aprel, 21:58
  • Baku Bakı 24°C

CHP millət vəkili: ”Atamın Bakıda şeir kitabının çıxmasını istəyirəm”

08.11.16 09:47 678
CHP millət vəkili: ”Atamın Bakıda şeir kitabının çıxmasını istəyirəm”
"Atamın Bakıda şeir kitabının çıxmasını istəyirəm”. APA-nın məlumatına görə, bu sözləri agentliyə açıqlamasında Türkiyənin məşhur şairi Mətin Altıokun qızı, Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Zeynəb Altıok deyib.

İstanbuldakı Nazim Hikmət sənət və mədəniyyət mərkəzində keçirilən İX Mətin Altıok poeziya müsabiqəsinin mükafat mərasimindən sonraAPA-nın "Nazim Hikmətin ilk şeir kitabı olan "Günəşi içənlərin türküsü” 1928-ci ildə Bakıda çıxıb. Türkiyədə və Avropada yaxşı tanınan mərhum atanız Mətin Altıokun da Bakıda şeir kitabının çıxmasını arzu edirsinizmi?”- sualın Zeynəb Altıok bu şəkildə cavab verib: ”Mərhum atam Türkiyənin çox sevdiyi şairdir. Onun şeirləri Avropa dillərinə tərcümə edilib. Nazim Hikmət kimi böyük ustanın ilk şeir kitabı Bakıda çıxıbsa, atamın da qardaş ölkədə kitabının çıxmasını çox istəyirəm. Atamın adına təşkil edilən bu müsabiqənin imza mərasiminə gəldiyiniz üçün sizə təşəkkür edir, Azərbaycana qucaq dolusu salam göndərirəm”.

Qeyd edək ki, müasir Türk poeziyasının tanınmış simalarından olan Mətin Altıok 2 iyul 1993-də ildə Sivasdakı Madımak oteli yandırılarkən ağır xəsarət alıb. Bir həftə reanimasiyada qalan Altıokun həyatını xilas etmək mümkün olmayıb. Bu il doqquzuncu dəfə keçirilən Mətin Altıok poeziya müsabiqəsinin qalibi Tuğrul Tolunay olub. Müsabiqənin jüri üzvləri Türkiyənin tanınmış tənqidçi və ədəbiyyatşünaslarından təşkil edilib.
banner

Oxşar Xəbərlər