• cümə, 29 Mart, 18:43
  • Baku Bakı 14°C

“Cəzaları çox ağır olacaq” - Xamneyi

30.06.14 12:15 1353
“Cəzaları çox ağır olacaq” - Xamneyi
İranın ali dini lideri bir qrup deputatla görüşündə dörd ilə yaxındır ev dustaqlığında saxlanılan ölkə müxalifətinin liderləri - Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.
“Radiofərda”nın verdiyi məlumata görə, ayətullah Xamneyi bildirib ki, onların günahı böyükdür: “Mən əvvəllər bununla bağlı danışmışam. Bizlər inqilab və şəhidlərin yolundan kənara çıxmamalıyıq. Əgər imam (ayətullah Xomeyni nəzərdə tutulur - red.) olsaydı, onlarla daha sərt davranardı. Əgər onlar mühakimə edilərsə, cəzaları çox ağır olacaq. Şübhəsiz ki, sizlər də bununla razılaşmayacaqsınız. Ancaq biz onlara mehribanlıq göstərmişik”./apa/
banner

Oxşar Xəbərlər