• cümə, 29 Mart, 00:55
  • Baku Bakı 7°C

Cəzalanan hakimlərdən biri yenidən Topaz Premyer Liqasında

29.08.13 16:30 1295
Cəzalanan hakimlərdən biri yenidən Topaz Premyer Liqasında
Futbol üzrə Topaz Premyer Liqasının III turunun “Qarabağ”la oyununda “Xəzər Lənkəran”ın qapısına olmayan penaltini təyin edən baş hakim Rəhim Həsənovun cəzası cəmi 1 tur çəkib. Lent.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi gənc FİFA referisini V turun “Bakı” – “Neftçi” matçına təyin edib.
Həsənov avqustun 31-də “Bakı”nın təlim-məşq bazasında paytaxt derbisini idarə edəcək. Əvəzində daha bir gənc referi Orxan Məmmədov elə III turun “Sumqayıt” – “Qəbələ” matçındakı səhvlərinin cəzasını daha bir tur çəkməli olacaq. Elə “İnter” – AZAL görüşündəki yanlış qərarları ilə diqqət çəkən Rauf Cabbarov isə yenə əlavə köməkçi hakim olacaq.
31 avqust (şənbə)
18:00. “Sumqayıt” – “Rəvan” (Bakı)
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu
18:00. “Bakı” – “Neftçi” (Bakı)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
1 sentyabr (bazar)
20:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov
Bakı, T.Bəhramov adına Respublika stadionu
20:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov
Bakı, “Şəfa” stadionu.
banner

Oxşar Xəbərlər