• şənbə, 27 Aprel, 00:24
  • Baku Bakı 14°C

Ceyms Mettis Rusiya müdafiə naziri ilə danışıqlar aparmağa hazırdır

18.07.18 11:00 300
Ceyms Mettis Rusiya müdafiə naziri ilə danışıqlar aparmağa hazırdır
ABŞ-ın müdafiə naziri Ceyms Mettis rusiyalı həmkarıSergey Şoyquilə danışıqlar aparmağa hazırdır.
APA-nın məlumatına görə, bu barədə "Reuters” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib.
Mənbə söhbətin şəxsi görüş və yaxud telefon danışığından getdiyini dəqiqləşdirməyib.
Rəsmi mənbələr məlumatı nə təsdiq, nə də təkzib edib. "Hazırda bu barədə heç nə deyə bilmərəm. Hər hansı dəyişiklik baş versə, sizi məlumatlandıracağıq”, deyə RİA Novosti agentliyinin sorğusunu cavablandıran Pentaqonun mətbuat xidmətinin əməkdaşı bildirib.
Mettislə Şoyqu sonuncu dəfə 2015-ci ildə görüşüblər.
banner

Oxşar Xəbərlər