• çərşənbə axşamı, 16 aprel, 17:39
  • Baku Bakı 19°C

Ceyms Appaturay Azərbaycan prezidentini təbrik edib

21.04.18 17:00 895
Ceyms Appaturay Azərbaycan prezidentini təbrik edib
NATObaş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay Azərbaycan prezidentiİlham Əliyevi yenidən bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli Prezidentİlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə SiziNATO-nun baş katibi adından təbrik edirəm.

NATOilə Azərbaycan Respublikası arasında münasibətlərin qurulması 25 il bundan əvvələ təsadüf edir və bu əməkdaşlığımızın əhəmiyyəti indiyə qədər durmadan artır. Biz sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu, xüsusən də Sizin keçən ilin sonundaNATO-nun "Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan sülhməramlılarının sayının artırılması barədə verdiyiniz qərarı yüksək qiymətləndiririk. Həmçinin Sizin Şimali Atlantika Alyansı ilə Azərbaycanın "Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” çərçivəsində dinamik siyasi dialoq və praktiki əməkdaşlıq istiqamətində fəaliyyətinizi alqışlayırıq".
banner

Oxşar Xəbərlər