• şənbə, 20 Aprel, 08:29
  • Baku Bakı 14°C

Ceyhun Əşrəfov: 2020-ci ildə pençak-silat üzrə dünya çempionatı Bakıda keçiriləcək

28.10.17 09:20 3046
Ceyhun Əşrəfov: 2020-ci ildə pençak-silat üzrə dünya çempionatı Bakıda keçiriləcək
Çox şadıq ki, bu gün Azərbaycan daha bir mühüm yarışa ev sahibliyi edir. Bakıda pençak-silat idmanı üzrə Avropa çempionatı start götürür. Bu yarışda 11 ölkədən ümumilikdə 120 idmançı mübarizəyə qoşulub. Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək yarışlar üç gün davam edəcək.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Azərbaycan Sindo-ryu və Pençak-Silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov deyib.
Son illər dünyada, o cümlədən Azərbaycanda pençak-silatın sürətlə inkişaf etdiyini vurğulayan C.Əşrəfov bildirib ki, Azərbaycanda pençak-silat üzrə güclü idmançılar var. İnanıram ki, təmsilçilərimiz uğurla çıxış edib medal qazanacaqlar.
Federasiya prezidenti deyib: "2020-ci ildə pençak-silat üzrə dünya çempionatı Bakıda keçiriləcək. Həmin çempionatda 89 ölkədən ümumilikdə 1500 idmançının iştirakı gözlənilir. Eyni zamanda, pençak-silatın İslam Həmrəyliyi Oyunlarının proqramına salınması üçün danışıqlar aparılır”.
banner

Oxşar Xəbərlər