• cümə, 29 Mart, 03:18
  • Baku Bakı 7°C

Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb

23.02.21 17:45 836
Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb
Azərbaycanın xarici işlər naziriCeyhun Bayramovun Türkiyəyə səfəri başlayıb.
"Report”xəbər verir ki, nazir səfər çərçivəsində Ankarada Türk Şurasının baş katibiBağdad Əmrəyevlə görüşüb.
Tərəflər görüş zamanı Türk Şurasının mövcud fəaliyyət proqramındakı müxtəlif mövzularla yanaşı beynəlxalq və regional gündəmdəki məsələlər haqqında fikir mübadiləsi aparıblar.
C.Bayramov və B.Əmrəyev martın sonunda Türkistanda təşkil edilməsi planlaşdırılan Türk Şurasının qeyri-rəsmi zirvə toplantısı və bu ilin payızında İstanbulda təşkil edilməsi planlaşdırılan Fövqəladə Zirvə də daxil olmaqla yaxınlaşan önəmli tədbirlərin hazırlıqlarını müzakirə ediblər.
C.Bayramov və B.Əmrəyev Türk Şurası üzv dövlətləri arasında gələcəkdəki əməkdaşlığı strategiyasına da toxunublar.
Qeyd edək ki, bu gün Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü olacaq.
banner

Oxşar Xəbərlər