• cümə axşamı, 18 aprel, 15:00
  • Baku Bakı 22°C

Ceyhun Bayramov ermənilərin təxribatı ilə bağlı “CNN Türk”ə danışdı

12.08.20 13:08 564
Ceyhun Bayramov ermənilərin təxribatı ilə bağlı “CNN Türk”ə danışdı
"Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirməsi öz əhalisinin diqqətini yayındırmaq olub”.
"Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziriCeyhun Bayramov"CNN Türk”ə müsahibəsində deyib.
"Azərbaycan-Ermənistan arasında olan son gərginlikdə 12 iyul tarixindən başlayaraq Tovuzrayonu istiqamətində Ermənistan qüvvələri təxribata yol veriblər. Bu təxribatla işğalçı ölkə Dağlıq Qarabağdan kənar bölgədə yeni bir alovlanma ocağının yaranmasına, üzvü olduğu təşkilatın ölkələrini gərginliyə qatmağa çalışırdı. Eyni zamanda Ermənistanın gərgin daxili vəziyyəti, koronavirus pandemiyası ilə bağlı vəziyyətin daha da ağırlaşdığı zaman əhalinin diqqətini kənar məsələlərə yayındırmaq, danışıqların mahiyyəti üzrə aparılmasına mane törətmək və o cümlədən biz düşünürük ki, o bölgədən keçən neft-qaz boru kəmərləri, regional məna kəsb edən dəmiryolu layihələri Ermənistanın qarşısında qoyduğu məqsəd idi. Bu həmin Ermənistandır ki, ASALA, həm digər terror təşkilatlarını dəstəkləməklə bir çox aktlarını dünyada həyata keçirib və qardaş Türkiyə də həmin terror aktlarının qurbanı olub”, - nazir bildirib.
banner

Oxşar Xəbərlər