AZE | RUS | ENG |

Ceyhun Bayramov: Bu il rekord sayda abituriyent tələbə adını qazanıb

Ceyhun Bayramov: Bu il rekord sayda abituriyent tələbə adını qazanıb
Yeni tədris ilinə sürətlə hazırlıqlar gedir. Hazırlıq mərhələsi yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir deyib ki, 165 minə yaxın şagird ilk dəfə məktəbə qədəm qoyacaq: "Həm onları, həm də onların valideynlərini təbrik edirəm. Bu il rekord sayda, təxminən 41 min insan tələbə adını qazanıb. Bu ötən illərlə müqayisədə ən yüksək göstəricidir".

C.Bayramov deyib ki, Heydər Əliyev Fondu və başqa bir sıra qurumların dəstəyi ilə bu il 76 təhsil müəssisəsinin əsaslı təmiri yaxud yenidən qurulması işləri planlaşdırılıb: "Bundan əlavə, 137 modul tipli məktəbin də quraşdırılması nəzərdə tutulub. Onların da böyük əksəriyyətində işlər yeni tədris ili başlanana qədər tamamlanacaq. Bu il üçün ümumilikdə 332 adda 7 mln.a yaxın tədris vəsaiti çap olunub və bütün məktəblərə paylanılıb".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000