• cümə axşamı, 18 aprel, 15:19
  • Baku Bakı 22°C

Cessika Alba irqçilikdə günahlandırıldı

29.07.19 11:51 6070
Cessika Alba irqçilikdə günahlandırıldı
"Twitter" istifadəçiləri amerikalı aktrisa Cessika Albanı irqçilik və homofobiyada günahlandırıblar.
Trend-in məlumatına görə, 28 iyul - bazar günü "Hollywood" ulduzunun hesabında antisemit çağırışlar və təhqirlərlə dolu bir sıra qeyri-adi "twit"lər paylaşılıb.
Aktrisanın pərəstişkarlarının dediyinə görə, Albanın sosial şəbəkəsi haker hücumuna məruz qalıb. Ancaq ulduzun özü və nümayəndələri bu məlumatı hələ şərh etməyiblər.
banner

Oxşar Xəbərlər