“Cərimələnmə başlayacaq, amma vaxtı qeyri-müəyyəndir”
Kamran Babayev: "Kütləvi
cərimələnmə üçün bu sahədə elektron nəzarət mexanizmi olmalıdır”
"İcbari sığortalar haqqında” qanuna əsasən, dövlət qeydiyyatı olan bütün daşınmaz əmlak obyektləri
icbari şəkildə yanvarın 20-nə qədər sığortalanmalıdır. Əks halda, 30 manat cərimə
oluna bilərlər. Son vaxtlar bu mövzu çox müzakirə olunur, insanlarda fərqli
suallar yaranır. Bu suallar ətrafında sığortaməsələləri üzrə ekspertKamran Babayevlə söhbətləşdik.
- İlk olaraq bu proseslə bağlı insanların məlumatlılıq
səviyyəsindən danışaq. Çünki bu məsələnin gündəmə gəldiyi o qədər də uzun müddət
deyil.
-
Konkret mənzillərdən danışsaq, 2019-cu ilin sonlarında bununla bağlı böyük
ajiotaj oldu. Hər yerdə deyilirdi ki, evlər sığortalanmasa, yanvarın 1-dən cərimələnmə
başlayacaq. Bu səbəbdən əhalinin çox hissəsi məlumatlıdır. Bakıda yaşayan
insanların çoxu artıq prosesdən xəbərdardır. Hətta deyim ki, ötən ilin sonuna
kimi yaşayış evlərini sığortalayanların sayı xeyli dərəcədə artdı. Bununla
bağlı mənə də müraciət çoxalmışdı. Müxtəlif suallar verirdilər. İzah edirdim
ki, qanun 2011-ci ildən qüvvədədir və istənilən zaman icra hakimiyyətinin nümayəndəsi
qapınızı döyüb sığortanızı soruşa bilərdi. Təqdim etməsəydiniz, cərimələnə bilərdiniz.
Sadəcə, bu gün qapı-qapı gəzib heç kim bunu etmir. Elektron nəzarət
mexanizminin işə salınmağını gözləyirlər. Bakıda əhalinin bu istiqamətdə məlumatlandırılma
səviyyəsi yaxşıdır. Ancaq bölgələrdə hələ o səviyyədə deyil.
- Bu o deməkdir ki, bölgələrdə evlərini sığorta
etdirməyənlər daha çox olacaq. Yanvarın 20-sinə qədər daşınmaz əmlaklarını
sığorta etdirməyənlərin cərimələnəcəkləri deyilir. Bir neçə gündən sonra kütləvi
şəkildə cərimələnmə olacaq?
- Bundan
əvvəl isə deyirdilər ki, yanvarın 1-nə qədər sığorta etdirməyənlər cərimələnəcəklər.
Ancaq bu günə qədər hələ heç kim cərimələnməyib. Bu cərimələnmə başlayacaq,
amma vaxtı qeyri-müəyyəndir. Bu il ərzində ola da bilər, olmaya da. Çünki kütləvi
cərimələnmə üçün bu sahədə elektron nəzarət mexanizmi olmalıdır. İcbari Sığorta
Bürosunun proqramı Əmlak Məsələləri Dövlət Komitəsini proqramı ilə inteqrasiya
olunmalıdır. Komitə indi İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Bundan sonra
nazirlik tərəfindən nəzarət ediləcək və elektron olaraq bilinəcək ki, kimin
sığortası var, kimin yox. Bu inteqrasiya bitdikdən sonra cərimələnməyə
başlayacaqlar. Bu da bir az zaman alacaq.
- Deyək ki, vətəndaşlar sığorta etdirmək istəyirlər.
Maraqlıdır, sığorta şirkətlərinin bu işi yanvarın 20-nə qədər icra etmək üçün
potensialları varmı?
-
Sığorta şirkətləri buna hər an hazırdırlar, potensialları var. Bununla bağlı
heç bir problem yoxdur. Hətta bəzi sığorta şirkətlərinin nümayəndələri
qapı-qapı gəzib insanlara deyirlər ki, sığortalanın, yoxsa cərimə
olunacaqsınız. Yəni sığorta şirkətləri tərəfdən problem yoxdur. Hansı sığorta
şirkətinin daşınmaz əmlakın icbari sığortası ilə bağlı lisenziyası varsa, onlar
bunu həyata keçirməyə hazırdırlar.
- Vətəndaşlar daşınmaz əmlaklarını lisenziyası olan
istənilən sığorta şirkətində sığorta etdirə bilərlər?
-
Lisenziyası olan sığorta şirkətləri bunu etməyə hazırdırlar. Hətta əgər vətəndaş
sığorta şirkətinə müraciət edib, daşınmaz əmlakının sığortalamasını istəyirsə,
qanunda olan xüsusi hallar istisna olunmaqla, sığorta şirkəti bu xidməti göstərməkdən
imtina edə bilməz. Ev qəzalı olarsa, haqqında sökülmə qərarı varsa, yarı
tikilidirsə və s. bu kimi hallar istisna olmaqla sığorta şirkəti vətəndaşın əmlakını
sığortalamaqdan imtina edə bilməz.Daşınmaz
əmlakın icbari sığortasının aparılması ilə bağlı bir çox şirkətdə lisenziya
var. Ancaq lisenziya olsa da, vətəndaşlar şirkət seçimində diqqətli
olmalıdırlar. Şirkətin verdiyi xidmətə baxsınlar. Elə şirkətlər var ki, vətəndaşı
ofisə dəvət edir, mənzillərin şəkillərini filan və s. çəkir. Bunlar da vətəndaşlar
üçün narahatlıq yaradır. Elələri var ki, votsapla sənədləri göndərirsən,
sığorta müqaviləsini hazırlayıb geri göndərirlər.Bir də
şirkətin etibarlılığını dəyərləndirsinlər, maliyyə dayanıqlılığını
araşdırsınlar. Elə sığorta şirkəti seçilməlidir ki, hadisə olanda, onun həm ödəmə
qabiliyyəti olsun, həm də düzgün ödəniş etsin.
- İnsanlarda bu məsələ ilə bağlı çoxsaylı suallar,
narahatlıqlar var. Məsələn deyirlər ki, 1 otaqlı evi olan da evini eyni məbləğlə
sığorta etdirir, böyük villa sahibi də. Bu, nə dərədəcə doğru yanaşmadır?
- Bu gün
üçün mən bu yanaşmanı doğru hesab edirəm. Çünki sığorta təminatı da hər kəsə
eyni verilir. Sığorta təminatı Bakı şəhərində hər kəs üçün 25 min manat məbləğindədir.
1 otaqlı mənzilə də 25 min manat verilir, böyük villaya da. Bir hadisə olsa, 25
min manat bir otaqlı mənzilin bərpası, təmirində yetərli olacaq. Ancaq böyük mənzilin
təmiri üçün isə 25 min manat bəs etməyəcək. Bir deyil, bir neçə otaqlı ev
sahibləri narahat olmalıdır. Çünki kvadrat çox olanda, təbii ki 25 min manat
onun işini görmək üçün kifayət etməyəcək. Kompensasiya eyni olduğu üçün sığorta
haqqı da fərqli deyil.
- Kvadratı daha çox olan daşınmaz əmlak sahibləri
üçün burda çıxış yolu nədir? Çünki hadisə baş verərsə, 25 min manat onlar üçün
yetərli olmur.
- Mən
adamlar tanıyıram ki, 25 min manat icbari sığorta etdirib. Könüllü qaydada isə
100 min manatlıq sığorta təminatı alıb. Bu artıq həmin şəxslərin öz seçimidir.
Əgər bir adamın milyonluq villası varsa və onun təmirinə 200 min manat pul xərcləyibsə,
bilməlidir ki, nə isə hadisə baş verəndə, 25 min manat onun üçün heç nədir.
Buna görə, əlavə təminat ala bilər. 25 min manat icbaridir. Ancaq bundan
sonrasını artıq hər kəs özü əmlakına uyğun etdirə bilər.
- Sənədsiz evlər necə olacaq?
- Sənədsiz
o deməkdir ki, heç bir sənədi yoxdur, yəni qanunsuz tikilidir. Elə evlərə
icbari sığorta şamil olunmur. Digər hallarda, əgər mənzil vətəndaşın faktiki
sahibliyindədirsə, onu sığortalamağa məcburdur. Çıxarış, Mənzil Tikinti
Korperativləri, tikinti şirkəti ilə müqavilə, order və s. sənəd varsa, ev şəxsin
sahibliyindədirsə, onu sığortalamalıdır. Qanun deyir ki, mülkiyyətində olan,
yaxud faktiki sahibliyində olan daşınmaz əmlak sığortalanmalıdır.Ancaq
onu deyim ki, artıq sənədsiz evlərin də sənədləşdirilməsinin üzərinə düşürlər.
Sənədsiz bağ evləri olanlara zənglər edilir ki, gəlin, sənədləşmə ilə bağlı işlər
başlanılır. Qanunsuz tikilsə də, uzun illərdir orda yaşayış olan yerləri nəzərdə
tuturam. Məsələn, Abşeron zonasını götürək. Bu zona vaxtilə sovxozun, kolxozun
olub. Orda üzüm bağları salınmışdı. Sonra insanlara bağ kimi verildi, bağlar
tikildi. Heç bir sənədi də yoxdur. Qanunvericiliyə görə, onlar qanunsuz
tikilidir. Ancaq fikrimcə, bu qanun dəyişilməlidir. Çünki indi o evləri söküb
yerində yenidən üzüm bağları salmayacaqlar ki. İnsanlar uzun illərdir o
bağlarda yaşayırlar. Bu gün qanun imkan vermədiyi üçün o insanlar həmin bağ evlərini
sənədləşdirə bilmirlər.Amma
neft zonası sayılan yerlərdə də evlər tikilib. Ordakılar sökülməlidir, onlara sənəd
verilməyəcək.Həmçinin
onu da qeyd edim ki, yalnız Bakı şəhərində təxmini 1000 ətrafında
istismar müddəti bitmiş evlər var. Bunlar əsasən "xruşovka” adlandırılan evlərdir.
Bu evlərdə müvafiq dövlət qurumları tərəfindən ekspert yoxlaması aparılmalıdır,
möhkəmləndirilməsi və bərpası mümkün olan evlər təmir edilməlidir, digərləri
sökülməlidir, çünki istismar müddəti bitdiyinə görə belə evlərdə yaşamaq təhlükəli
ola bilər. Bu məsələyə ona görə toxundum ki, yoxlamadan sonra müəyyən edilən qəzalı
evlərə də daşınmaz əmlak sığortası şamil edilməməlidir.
- Ev alqı-satıqıda iştirak edəndə bir illik
sığortalanır. Ötən il alqı-satqıda iştirak etmiş, bir illik sığortası tamam
olmayan daşınmaz əmlaklar var. İndi də deyirlər ki, bütün daşınmaz əmlak
obyektləri 20-nə qədər sığortalanmalıdır. Bir illik sığortası olanlar da təkrara
sığorta etdirməlidirlər?
- Təbii
ki müqavilə bir illikdir. Bir il bitəndən sonra yenidən sığortalamalı
olacaqlar. İndi isə ehtiyac yoxdur, çünki sığortalıdır.
- Sığortalamayanlar cərimələnəcəklər. Piyadalarla
bağlı cərimələri götürək. Vətəndaşların cərimələri ödəmirlər, yığılıb qalır.
Sizcə, cərimə problemin həlli üçün çıxış yolu olacaqmı?
-
Ümumiyyətlə, bir vətəndaş cərimələnibsə, onu mütləq ödəməlidir. Bu vətəndaş
olaraq borcudur. Əgər cərimədən narazı olduğu üçün ödəmirsə, ºikayət etməli, nə
isə tədbir görməlidir. Oturub cəriməni ödəməmək doğru deyil. Həm də nəzərə
almaq lazımdır ki, ödənmədikcə üzərinə faiz də gəlir. Daşınmaz əmlaka gəldikdə,
daşınmaz əmlak sığortası olmadıqda vətəndaş 30 manat cərimələnəcək. 20 gün ərzində
təkrar cərimə edilə bilməz. Bu, o deməkdir ki, vətəndaşa 20 gün vaxt verilir
ki, getsin sığortalasın. 20 gündən sonra yenə sığortalamasa, yenidən 30 manat cərimə
oluna bilər. Ona görə cərimələnmək istəmirlərsə, ildə bir dəfə 50 manat verib
sığorta etdirməlidirlər.
Aygün
Asimqızı