• cümə axşamı, 28 mart, 21:46
  • Baku Bakı 13°C

Cərimə meydançasında 40-a yaxın avtomobil yanıb - YENİLƏNİB

19.06.13 13:45 1325
Cərimə meydançasında 40-a yaxın avtomobil yanıb - YENİLƏNİB
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında baş verən yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb.
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
Yanan avtomobillərin bəziləri qəzaya uğramış, digərləri isə saz vəziyyətdə olub.
Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Hadisə barədə FHN də məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb.
Ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.
--------
15:30
Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) cərimə meydançasında yanğın baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “7 Gözəl” rstoranı ilə üzbəüz ərazidə yerləşən cərimə meydançasında istifadəyə yararsız 15 maşın tamamilə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerində xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Həyata keçirilən ədbirlər nəticəsində yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər