• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

Cənubi Sudanda yeni neft yatağı aşkarlanıb

23.08.19 14:00 4954
Cənubi Sudanda yeni neft yatağı aşkarlanıb
Cənubi Sudanın şimalında 5,3 milyon barrel ehtiyatı olan yeni neft yatağı tapılıb.
AZƏRTACxəbər verir ki, bu barədə Cənubi Sudanın Neft naziri Evov Deniel Çuanq mətbuata açıqlama verib.
Nazirin sözlərinə görə, yeni yataqda istehsalata ilin sonunadək başlanılması mümkündür. Yeni neft yatağı ölkənin tarixi regionu olan Yuxarı Nildə, 1997-ci ildən işlənilən "Adar-Yeyl” yatağının yanında yerləşir.
Cənubi Sudan hökuməti 2020-ci il üçün neft hasilatını sutkada 400 min barrelə qədər yüksəltməyi planlaşdırır.
banner

Oxşar Xəbərlər