• cümə, 29 Mart, 08:36
  • Baku Bakı 5°C

Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq

25.10.21 20:22 212
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq
Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat infrastrukturunun açılması Ermənistan iqtisadiyyatının məzmun və keyfiyyət baxımından inkişafına müsbət təsir göstərəcək.
Trendxəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, bölgədə sabitlik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir. Bu, təkcə Ermənistan və Qarabağ bölgəsi üçün deyil, bütün region dövlətləri üçün vacibdir.
"Düşünürəm ki, Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq. Bu, regional inkişafın yeganə yoludur”, – deyə Paşinyan vurğulayıb.
O, həmçinin deyib: "Düşmənçilik atmosferinin aradan qaldırılması regional iqtisadi və nəqliyyat infrastrukturunu blokadadan çıxaracaq. Bu, eyni zamanda, Ermənistanın daxili infrastrukturunun yaxşılaşmasına əlavə stimul olacaq, iqtisadiyyatın inklüziv və uzunmüddətli inkişafına, vətəndaşların iqtisadi fəallığının artırılmağa bərabər şərait yaradılmasına təkan verəcək”.
banner

Oxşar Xəbərlər