AZE | RUS | ENG |

Cənubi Qafqaz Boru Kəmərinin mərkəzi oxundan 420 m məsafədə ictimai binaların tikintisi qadağan edilib

Cənubi Qafqaz Boru Kəmərinin mərkəzi oxundan 420 m məsafədə ictimai binaların tikintisi qadağan edilib
Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərinin mərkəzi oxundan 420 m məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən hündür yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan edilib.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.
 
Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəməri Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir. Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələr bu məsləhətləşmə zonalarının hüdudlarında torpaq sahələri ayrılarkən həmin ərazidə mövcud olan daşınmaz əmlak üzərində mülkiyyət, istifadə, icarə hüquqları, həmçinin əvvəllər inşa edilmiş və sənədləri müvafiq təşkilatlarla razılaşdırılaraq dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak istisna olmaqla, sənədləşdirmə prosedurlarında həmin qadağalara riayət olunmasını təmin etməlidirlər.

 
Qeyd edək ki, yeni Qaydaların qəbulu ilə əlaqədar Nazirlər Kabineti"Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli qərarını ləğv edib. Həmin qərara əsasən Cənubi Qafqaz Boru Kəməri boru kəmərinin mərkəzi oxundan hər tərəfə 385  metr, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin mərkəzi oxundan hər tərəfə 120 metr məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən yuxarı olan yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan idi. Yeni Qaydalarda da Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri ilə bağlı məsafə və tikinti məhdudiyyətləri olduğu kimi saxlanılıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000