• cümə, 29 Mart, 12:55
  • Baku Bakı 14°C

Cənubi Koreyanın DÇ-2030 planı

13.09.18 10:25 566
Cənubi Koreyanın DÇ-2030 planı
2030-cu ildə dünya çempionatı Asiyada keçirilə bilər.
Kaspi.az xəbər verir ki, Cənubi Koreyanın bununla bağlı xüsusi planı var. Cənublular 2030-cu ildə mundialın ölkədə - Cənubi Koreya, Çin, Yaponiya və Şimali Koreyada keçirilməsini təklif edirlər.
Cənubi Koreya Futbol Federasiyası bununla bağlı həmin ölkələrə müraciət etmək niyyətindədir. Bu ölkənin idman naziri To Çon Xvan bildirib ki, bu ideyanı gerçəkləşdirməklə dünyada sülhün bərqərar olmasına töhfə vermək istəyirlər.
Bundan əlavə, Şimali və Cənubi Koreya rəhbərliyi 2032-ci ildə keçiriləcək olimpiya oyunlarına da birgə ev sahibliyi etmək niyyətindədirlər.
Onu da qeyd edək ki, 2002-ci ildə mundial Cənubi Koreya və Yaponiyada keçirilib.
banner

Oxşar Xəbərlər