AZE | RUS | ENG |

Cənubi Koreya Yaponiyanı “Ağ siyahı”dan çıxarır

Cənubi Koreya Yaponiyanı “Ağ siyahı”dan çıxarır
Sentyabrda Cənubi Koreya Yaponiyanı ticarətin üstünlük verildiyi ölkələr siyahısından ("Ağ siyahı") çıxaracaq.
 
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Seulun bu mövqeyi Yaponiyanın bir neçə gün əvvəl Cənubi Koreyaya qarşı tətbiq etdiyi oxşar qərara cavab xarakteri daşıyır. Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin bəyanatında deyilir ki, qarşı tərəfə ixrac üçün müvafiq icazələrin alınması ilə bağlı uzunmüddətli proseslər də daxil olmaqla daha sərt ticarət qaydaları tətbiq olunacaq.
 
Xatırladaq ki, avqustun 2-də Yaponiya hökuməti Cənubi Koreyanın "Ağ siyahı”dan çıxarılması barədə qərar qəbul edib. Yaponiya bu qərarın təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar ixraca nəzarət sisteminin islahatları ilə bağlı olduğunu bildirib. Lakin rəsmi Seul bunun əsarət illərində məcburi əməyə cəlb edilmiş koreyalıların varislərinə yapon şirkətlərinin kompensasiya ödəmək barədə Cənubi Koreya məhkəməsinin qəbul etdiyi qərarla əlaqədar olduğunu iddia edir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908