• cümə axşamı, 28 mart, 13:37
  • Baku Bakı 16°C

Cənubi Koreya səfiri: “ABŞ-la birlikdə Şimali Koreyanın yaratdığı təhlükəyə cavab verməyə hazırıq”

29.09.17 11:50 4140
Cənubi Koreya səfiri: “ABŞ-la birlikdə Şimali Koreyanın yaratdığı təhlükəyə cavab verməyə hazırıq”
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-QyununAPA-ya müsahibəsi
- Azərbaycan və Cənubi Koreya arasında siyasi münasibətlərin hazırkı durumu Sizi qane edirmi?
- Son bir neçə il ərzində Azərbaycan və Koreya arasında siyasi əlaqələr çox yaxşı inkişaf edib. 2016-cı ildə iki ölkə arasında gözlənilən bəzi siyasi məsələlərin müzakirəsi və həllinə dair hökumətlərarası siyasi dialoq baş tutdu. Bu ilin noyabr ayında siyasi dialoqun davam etdiriləcəyi gözlənilir. Ölkələrimiz hər bir sahələr üzrə çox yaxından əməkdaşlıq edir. Şimali Koreya Respublikasının həyata keçirdiyi nüvə sınaqları müddətində Koreya Respublikasına sıx dəstək göstərdiyi üçün Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Siyasi əməkdaşlıqda vacib olan amillərdən biri də yüksək vəzifəli məmurların rəsmi səfərlərinin təşkil edilməsidir. Bu ilin iyun ayında Azərbaycan Respublikası Milli Məclisin spikeriOqtay ƏsədovSeuala səfər etdi və Koreya respublikasının Parlament Assambleyasının vitse-prezidenti Park Joo Sun da bu ilin sentyabr ayında Bakıya gəlmişdi. Həmçinin,BMT-nin keçmiş baş katibi Ban Ki Moon, Çunq Hyun-bak və Koreyanın digər yüksək rütbəli şəxslərinin Azərbaycana səfərlərini də qeyd etmək istəyirəm.
- Dünyada baş verən iqtisadi proseslər ikitərəfli ticarətətəsir edibmi? Ticarət dövriyyəsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Koreya şirkətləri son bir ildə Azərbaycana nə qədər investisiya qoyub?
- 2015-ci ildə neftin qiyməti aşağı düşəndən sonra ölkələrimiz arasındakı ticarət dövriyyəsi digər ölkələrlə ticari əlaqələrdə olduğu kimi, məhdudlaşdı. Ancaq daha vacibi odur ki, biz iqtisadi əməkdaşlıq mənbələrinin şaxələndirilməsi və onun təməlini birləşdirməyə çalışırıq.Məsələn, ötən il hökumətlərarası iqtisadi əməkdaşlıq şurası keçirildi və əməkdaşlığımızın keçmişi və gələcək əməkdaşlıq planlarına dair müzakirələr aparıldı. Bundan başqa, əlaqələrimizi diversifikasiya etmək və gücləndirmək üçün ölkələrimizin iş adamlarının bir-biri ilə görüşməsini təmin etmək və birlikdə iş imkanları tapmaları məqsədilə fərqli yerlərdə biznes forumlar təşkil edirik. Şadam ki, bu proseslərin sayəsində maddi nəticələr əldə edə bilirik. Onu da deyim ki, Koreyanın bəzi dərman və kənd təsərrüfatı şirkətləri öz məhsullarını Azərbaycanda istehsal etməyə maraq göstərirlər. Ümumi iqtisadi mənfəətdən yararlanmaq üçün daha çox imkanlar əldə etmək məqsədilə sənayenin inkişafında və sənaye üstünlüklərimizin birləşdirilməsində təcrübələrimizi bölüşməkdə maraqlıyam.
- Hazırda dünyada Asiyadan Avropaya quru vasitəsilə malların daşınması istiqamətində bir sıra layihələr irəli sürülür. Azərbaycan da bu xəttə qoşulmaq niyyətini ifadə edərəkBakı-Tbilisi-Qarsdəmir yolu xəttini istifadə etmək üzrədir. Bu layihənin perspektivlərini necə görürsünüz? Gələcəkdə Koreya Çin vasitəsilə bu layihədən yararlana bilərmi?
- Əlbəttə ki, Koreya bu layihədən faydalanacaq. Eşitdiyimə görə, ötən il baş tutan Koreya konteynerlərinin test yürüşü Çindən başlayaraq 10 gün ərzində Bakıya çatıb. Bu, nəqliyyat inqilabı sayılır. Çünki Çindən gələn konteynerlər gəmi vasitəsilə nə az, nə çox - 40 günə Bakıya çatır. Yeni İpək Yolu bir çox ticarət fəaliyyətini asanlaşdıracaq və Azərbaycan-Koreya xalqları arasında qarşılıqlı mübadiləyə kömək edəcək. Bunu yüksək qiymətləndirirəm. Bu, Avrasiya qitəsində ticarət və mədəniyyət mübadiləsi üçün əsas magistral yol olan köhnə İpək Yolunun dirçəlişinə bərabərdir. Yeni İpək Yolu magistralının başlaması təkcə ikitərəfli əlaqələri inkişaf etdirməyəcək, həm də Avrasiya qitəsində digər ölkələrlə də əlaqələri yaxşılaşdıracaq.
- Ötən müsahibənizdə qeyd etmişdiniz ki, fəaliyyətiniz dövründə Azərbaycan və Cənubi Koreya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına çalışacaqsınız. Bu sahədə nələrə nail oldunuz? Təhsil sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Daha əvvəl dediyim kimi, mədəni əməkdaşlıq müasir diplomatiyada ən vacibdir. Xüsusilə də Altay dilində danışan xalqlar olaraq, ümumi mədəni irsimizi nəzərə alsaq, iki ölkə arasındakı mədəni əməkdaşlığın əhəmiyyətini vurğulamaya bilmərik. Bu il diplomatik əlaqələrimizin 25-ci ildönümünü qeyd etdik. İldönümü münasibətilə səfirlik tərəfindən fərqli mədəni tədbirlər təşkil olundu.Baxmayaraq ki, keçirilən bütün tədbirlər mənim üçün dəyərlidir, 17 sentyabrda Heydər Əliyev Sarayında baş tutmuş ənənəvi Koreya musiqisinin möhtəşəm konsertinin böyük uğurunu xüsusi vurğulamaq istəyirəm. Koreya milli mədəniyyətinin təqdimatı üçün Bakı və Qəbələdə musiqi turu təşkil edildi. Koreyadan musiqi qrupu gətirilmişdi. Ümid edirəm ki, iki ölkə arasında mədəniyyət mübadilələrini təşviq etmək cəhdlərim xalqlarımız arasında qarşılıqlı anlaşma və əlaqələrin genişləndirilməsinə kömək edəcək. Məncə, təhsil iki xalqı davamlı bir şəkildə birləşdirən insan körpüsü qurmaq üçün diplomatik fəaliyyətdə ən mühüm amildir. Hazırda Koreyada 80-90 azərbaycanlı tələbə təhsil alır. Azərbaycanda təhsil alan koreyalı tələbələr də var. Koreya universitetlərinin bir çox tələbələri nüfuzlu xarici dilli institutunda Azərbaycan dilini öyrənirlər.
-Koreya texnologiyasının gücündən hər kəs söz açır. Koreya texnologiyasının Azərbaycanda fərqli sahələrdə tətbiqi düşünülürmü?
- Azərbaycanlı tərəfdaşlarıma məsləhət görürəm ki, gələcək iqtisadi inkişaf üçün onların əlində olan zəngin insan resurslarından maksimum istifadə etsinlər. Bununla yanaşı, neftin qiyməti aşağı düşsə də, Azərbaycan hökumətinin sənayesini diversifikasiya etmək cəhdlərini yüksək qiymətləndirirəm. Düşünürəm ki, sənaye uğuru da xarici texnologiya və investisiyaların aktiv və səmərəli şəkildə istifadə edilməsi ilə əlaqəlidir. Fikrimcə, Azərbaycanda potensial sənaye sahələri tibb, İKT, kənd təsərrüfatı, neft-kimya, təhsil, turizm və nəqliyyatdır. Biz milli inkişaf dövründə əldə etdiyimiz bütün təcrübələrimizi bölüşə bilərik. Bundan da xalqlarımızın xoşbəxtliyi və rifahı üçün faydalana bilərik. Yuxarıda sadaladığım sahələrə birbaşa investisiyalar yatırılması üçün əlimdən gələni edirəm. Bu yaxşı xəbərdir ki, bir çox koreyalı iş adamları Azərbaycan bazarı ilə maraqlanırlar. Meyvə emalı və dərman istehsalı sahəsində əməkdaşlığımız hazırda ən aktivdir.
- Azərbaycan ilə Cənubi Koreya arasında turizm sahəsinin inkişafı üçün hansı işlər görülür? İki ölkə arasında viza rejiminin sadələşdirilməsi gözlənilirdi. Bu istiqamətdə işlər nə yerdədir? Gələcəkdə Seula Azərbaycandan birbaşa reys açılması düşünülürmü və sizcə, bu, nə qədər gəlirli olacaq?
- Demək istəyirəm ki, bu il Azərbaycana gələn koreyalı turistlərin sayı ciddi şəkildə artıb. Bu müsbət nəticə hər iki ölkənin göstərdiyi səylərin nəticəsidir. Azərbaycan hökuməti e-viza sistemi vasitəsilə viza verilməsi prosedurunu asanlaşdırıb. Bura gələn koreyalı turistlər Azərbaycan təbiətinin, mədəni, tarixi irsinin, böyük landştafın və insanların qonaqpərvərliyinin heyranı olurlar. Düşünürəm ki, turist axının artması Azərbaycan və Koreya arasındakı münasibətlərin bütün sahələrdə genişlənməsi və güclənməsinə kömək edəcək.
- SOCAR-ın karbamid zavodunun tikintisi üçün Koreya "Exim Bank”ından 251 milyon avro məbləğində kredit cəlb olunub. Bu vəsaitin hansı hissəsi istifadə olunub və əlavə maliyyələşdirməyə ehtiyac varmı?
- Əvvəla, şadam ki, Koreya "Exim Bank”ı Azərbaycanın vacib milli layihəsinin başlanğıcı üçün 251 milyon avro deyil, 500 milyon avro ayırıb. Məndə olan məlumatlara görə, bu günə qədər fonddan 267 milyon avro istifadə edilib. Layihənin əlavə maliyyə vəsaitinə ehtiyac olmadan yekunlaşacağını gözləyirəm.
- "Samsung” şirkətinin Azərbaycanın mobil telefon bazarında payı nə qədərdir və mümkündürsə, 2016-cı il və ya bu ilin əvvəlindən indiyə qədər neçə ədəd və hansı məbləğdə mobil cihazın satıldığı ilə bağlı statistika təqdim edərdiniz.
- Çox təəssüf ki, Azərbaycanda "Samsung” mobil qurğusunun satışına dair rəsmi məlumat yoxdur. Buna baxmayaraq, Azərbaycan bazarında Koreya mobil telefonları çox məşhurdur. Yaxın aylarda satışa çıxarılacaq "Samsung Galaxy Note 8” və "LG V30” markalı telefonların yeni dizaynı və funksiyaları ilə çox məşhur olacağına ümid edirəm.
- Dağlıq Qarabağ münaqişəsinin həllində Cənubi Koreyanın mövqeyi necədir?
- Koreya xalqı Azərbaycan əhalisinin başına gələn bu faciəyə görə dərin hüznünü ifadə edir.Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən hər il məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrinə ziyarət təşkil edilir. Torpaqlarından məcbur şəkildə uzaq düşən və hazırda pis vəziyyətdə yaşayan ailələrin durumu ilə tanış olur, onlara yardım göstərilir. Bu ilZəngilanqaçqın düşərgəsinə bir çox koreyalı iş adamlarının da iştirakı ilə baş çəkdim və onların çətinlikləri ilə tanış oldum. İndi fürsətdən istifadə edərək, baş nazirin müavini,Qaçqınlarınvə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənovvə onun heyətinə səfirliyin bu istiqamətdəki işlərinə dəstək olduqları üçün dərin minnətdarlığımı bildirmək istəyirəm.Biz son üç il ərzindəXocavənd, Bərdə,Füzulivə Biləsuvar bölgələrində bu cür tədbirlər, görüşlər keçirmişik. Çox arzu edirəm ki, bu münaqişə qısa zamanda beynəlxalq təcrübə və prinsiplərə uyğunlaşdırılmış şəkildə həllini tapacaq. Minsk qrupunun həmsədrlərini münaqişənin həlli prosesini sürətləndirməyə çağırıram.
- Dünyanın diqqəti son vaxt yenidən Koreya yarımadasına yönəlib. Koreya Xalq Demokratik Respublikasının ballistik raket sınaqlarını intensivləşdirməsi ciddi narahatlıqla qarşılanır. Bu sınaqlar əsas da Koreya Respublikasının təhlükəsizliyinə ciddi təhdid yaradır. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Koreya Xalq Demokratik Respublikasının həyata keçirdiyi sınaqlar yalnızBMTTəhlükəsizlik Şurası qətnamələrinin açıq-aşkar pozulması deyil, həm Koreya yarımadası, həm də ətraf ərazilərdə sülh və təhlükəsizliyə ciddi təhdiddir. Bütün dünya ictimaiyyəti kimi, Cənubi Koreya hökuməti də bu nüvə sınaqlarını şiddətlə qınayır. Cənubi Koreyanın və beynəlxalq ictimaiyyətin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Koreya Xalq Demokratik Respublikasının tədbirsiz və məsuliyyətsiz şəkildə həyata keçirdiyi sınaqlar beynəlxalq ictimaiyyətin nüvə silahlarının yayılmaması rejiminə ciddi təhdiddir. Belə ki, bu, ümumilikdə bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Məhz bu səbəbdən bütün beynəlxalq ictimaiyyət Şimali Koreyanı nüvə silahlarının məhv edilməsinə və Koreya yarımadasında sabit sülhün yaradılmasına sövq etmək üçün səylərini birləşdirməlidir. Şimali Koreyanın artan nüvə potensialı Koreya yarımadasında və ətraf ərazilərdə sülh və sabitliyə hər zaman ciddi təhlükə yaradır. Cənubi Koreya ABŞ-la sıx əməkdaşlıq çərçivəsində KXDR-in yaratdığı təhlükəyə cavab verə biləcək yüksək səviyyəli hazırlığını qoruyub saxlayır. Hökumətimiz xalqın həyatını və təhlükəsizliyini qorumaq prinsipinə daim sadiq olacaq.
banner

Oxşar Xəbərlər