• cümə, 26 Aprel, 00:44
  • Baku Bakı 16°C

Cənubi Koreya lideri Tramp və Kim Çen In arasında birbaşa danışıqlara çağırıb

25.05.18 10:10 726
Cənubi Koreya lideri Tramp və Kim Çen In arasında birbaşa danışıqlara çağırıb
Cənubi Koreya prezidenti Mun Çje İn ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında birbaşa danışıqlar keçirməyə çağırıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya prezidentinin yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, Donald Tramp mayın 24-də Şimali Koreya lideri Kim Çen Ina məktub göndərək Sinqapurda iyunun 12-nə planlaşdırılmış görüşün baş tutmayacağı barədə məlumatlandırıb.
Mun Çje İn görüşün ləğvindən "dərin təəssüf” hissi keçirdiyi bildirərək, Şimali Koreyanın nüvəsizləşdirilməsinin təxirə salınmasının mümkünsüz olduğunu vurğulayıb.
"Mən pərt olmuşam və ABŞ-KXDR sammitinin baş tutmayacağından çox təəssüflənirəm. Dayanıqlı sülh və Koreya yarımadasının nüvəsizləşdirilməsi elə bir məsələdir ki, ondan imtina etmək və ya təxirə salmaq mümkünsüzdür”, - deyə Mun Çje İn vurğulayıb.
banner

Oxşar Xəbərlər