• cümə, 26 Aprel, 18:42
  • Baku Bakı 22°C

Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb

27.05.18 10:21 380
Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb
Cənubi Koreya lideri Mun Çje İn KXDR rəhbəri Kim Çen Inla mayın 26-da keçirdiyi danışıqlar zamanı Şimali Koreya və ABŞ arasında istənilən fikir ayrılıqlarının aradan qaldırılması üçün birbaşa dialoqun aparılmasının vacibliyini qeyd edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mun Çje İn bu barədə görüşün nəticələrinə dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sammit zamanı toxunulacaq aktual məsələlər üzrə yetəri qədər məsləhətləşmələr aparmaq gərəkdir.
Qeyd edək ki, sayca 4-cü KXDR-Cənubi Koreya sammiti ötən gün iki ölkənin sərhədində yaradılan Phanmuncom danışıqlar məntəqəsində keçirilib. Bu cari il ərzində KXDR və Cənubi Koreya liderlərinin ikinci görüşdür. Birinci görüş apreldə baş verib.
banner

Oxşar Xəbərlər