• cümə, 19 Aprel, 17:35
  • Baku Bakı 25°C

Cənub Qaz Dəhlizinin tərkib hissəsi...

13.11.18 15:45 623
Cənub Qaz Dəhlizinin tərkib hissəsi...
Cari il sentyabr ayının sonunadək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə tərəfdaşlarla birgə təxminən 31,8 milyard dollar sərf edilib.
Bu barədəAZƏRTAC-ın sorğusuna cavab olaraq "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib.
"Sentyabr ayının sonuna kimi "Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclərindən 18,2 milyard ABŞ dolları, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə 4,3 milyard dollar sərf olunub. Trans-Anadolu (TANAP) layihəsinə 5,7 milyard dollar, "Trans-Adriatik” (TAP) layihəsinə isə 3,2 milyard avro (təqribən 3,6 milyard dollar) xərclənib”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.
Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər