AZE | RUS | ENG |

“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir

“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir
"Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı (Aİ) üçün xüsusi əhəmiyyət kəsb edir, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan isə Avropa ilə Asiya arasında əlaqələndirici rol oynaya bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun aparıcı mütəxəssisi Əliyar Əzimovun "Modern Diplomacy” nəşrindəki məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Aİ Azərbaycanla sıx əməkdaşlıq edir və bu ölkənin qaz layihələrinin reallaşdırılmasına ciddi dəstək göstərir. Geostrateji enerji siyasəti kontekstində Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri xüsusi əhəmiyyət daşıyır.

Aİ-nin enerji tədarükü marşrutlarının şaxələndirilməsi strategiyasından danışan müəllif vurğulayıb ki, bu baxımdan "Cənub Qaz Dəhlizi” layihəsi böyük əhəmiyyət kəsb edir:

"Azərbaycan Transadriatik boru kəməri (TAP) vasitəsi ilə Cənubi Avropaya qaz tədarük edəcək və Aİ üçün mühüm regionlara tədarükləri genişləndirməyi planlaşdırır. Burada əsas məqam odur ki, əgər Türkmənistandan Avropaya Azərbaycan vasitəsilə qaz tədarükünü nəzərdə tutan Trans-Xəzər boru kəməri reallaşdırılsa, "Cənub Qaz Dəhlizi” Avropaya daha çox enerji ehtiyatları tədarük edə biləcək”.

Ə.Əzimov yazır ki, əgər "Cənub Qaz Dəhlizi” Avropaya ildə 16 milyard kubmetr qaz tədarük edəcəksə, Trans-Xəzər boru kəməri bu rəqəmi dəfələrlə artırmağa imkan verəcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045