• cümə, 19 Aprel, 07:08
  • Baku Bakı 13°C

“Cənub Qaz Dəhlizi” Avropa ilə Cənubi Qafqaz regionu arasında bütün sahələrdə əməkdaşlığı gücləndirəcək

06.07.18 10:40 377
“Cənub Qaz Dəhlizi” Avropa ilə Cənubi Qafqaz regionu arasında bütün sahələrdə əməkdaşlığı gücləndirəcək
"Cənub Qaz Dəhlizi” Avropa ilə Cənubi Qafqaz regionu arasında təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlığı gücləndirəcək. Eyni zamanda, 40 milyard dollarlıq bu layihə enerji təhlükəsizliyində, sülhün təmin olunmasında və regional əməkdaşlıqda mühüm rol oynayacaq”.
AZƏRTACxəbər verir ki, bu sözləri mətbuata açıqlamasında gürcü ekspert David Avalişvili söyləyib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanındakı daimi nümayəndəliklərinin "Cənub Qaz Dəhlizinin” bir hissəsi olan TANAP-la bağlı müraciəti əslində dünya ictimaiyyətinə bir işarədir. O deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyə BMT platformasında siyasi məsələlərdə də fəal əməkdaşlıq edirlər. Azərbaycan ilə Gürcüstanın BMT-də qaçqın və məcburi köçkün məsələsi ilə bağlı səsvermədə eyni mövqedən çıxış etmələri ənənə halını alıb. Bu da iki dövlət arasındakı əməkdaşlığın bariz göstəricisidir.
banner

Oxşar Xəbərlər