• şənbə, 27 Aprel, 02:38
  • Baku Bakı 14°C

Cənub bölgəsinə ilk qar yağıb

18.10.16 11:09 707
Cənub bölgəsinə ilk qar yağıb
Cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil MəlikovonAPA-nın cənub bürosuna verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-ə yaxın yaşayış məntəqəsini əhatə edib. 8-10 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.

Qar yağışı həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerlərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 7-10 sm təşkil edir.

Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb.
banner

Oxşar Xəbərlər