AZE | RUS | ENG |


Cənub bölgəsində qış turizminin inkişafı üçün əlverişli şərait var

Cənub bölgəsində qış turizminin inkişafı üçün əlverişli şərait var
Yay turizm mövsümündə ölkəmizin cənub bölgəsinin istirahət mərkəzlərində və otellərdə dincələn turistlərin sayı digər fəsillərə, xüsusilə qış mövsümünə nisbətən 4 dəfə çox (yay mövsümündə 80 faiz, qış fəslində isə 20 faiz) olur.
AZƏRTAC xəbər verir ki, regionun mövcud potensialından istifadə etməklə burada qış turizmini inkişaf etdirmək və bölgəyə gələn turistlərin sayını artırmaq üçün əlverişli şərait var.
Dəniz sahilində yerləşən cənub bölgəsi meşə və dağlarla əhatələnib. Qış fəslində dağlıq ərazilərə yağan qarın hündürlüyü bəzən bir metri ötür. Bu isə bölgədə qış turizmi üçün əlverişli imkanların mövcudluğundan xəbər verir.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov regionda qış turizminin inkişaf perspektivlərindən söhbət açarkən bildirib ki, 2017-ci ildə ölkəmizdə hər bölgənin özünəməxsus şəraiti nəzərə alınmaqla turizm rekreasiya zonalarının, dağ və dağətəyi ərazilərdə infrastrukturun yaradılması, qış əyləncələrinin və turların təşkili nəzərdə tutulub.
Turizm üzrə ekspert Vamiq Babayev qış fəslində ovçuluq turizminin yaradılmasını məqsədəuyğun hesab edib. O deyib: "Cənub bölgəsinin dağlıq ərazilərində qarın may ayına qədər əriməməsini nəzərə alsaq, burada xizəkçiliyin inkişaf etdirilməsinə, kanatların çəkilməsinə imkan var. Bütün bunlar isə işə kompleks yanaşma tələb edir. Əyləncə mərkəzlərinin yaradılması və attraksionların quraşdırılması hər şeyin hazır olduğu anlamına gəlmir. Çünki bölgədə nəinki qış, ümumilikdə turizm sektoru üçün çətinliklər yaradan bəzi məqamlar da mövcuddur”.
Böyük turizm potensialı olan Lerikə turistlərin daha çox gəlməsinin qarşısını alan əsas səbəb keçilməz yollardır. Qış fəslində, qarlı buzlu havalarda bu məsələ özünü daha qabarıq şəkildə büruzə verir.
Bir tərəfdən Talış dağları, digər tərəfdən isə Xəzər dənizi ilə əhatələnmiş Lənkərana yay fəslində turist axını çox olsa da, təəssüf ki, bunu qarlı-şaxtalı qış fəslində demək mümkün deyil. Noyabr, dekabr, yanvar və fevral aylarında turistlər Lənkərana gəlməyə çox da maraq göstərmirlər.
Qeyd edək ki, hazırda Lənkəran, Astara və Yardımlı rayonlarında yeni otellər tikilir. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9483
USD 1 ABŞ dolları 1.8311
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6879
GBP 1 İngilis funt sterlinqi 2.2482
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.9941
SEK 1 İsveç kronu 0.2047
CHF 1 İsveçrə frankı 1.8186