• cümə, 29 Mart, 19:07
  • Baku Bakı 14°C

“Cənub axını“ layihəsi ləğv edildi

12.12.14 18:14 1045
“Cənub axını“ layihəsi ləğv edildi
Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç Rusiyanın energetika naziri Aleksandr Novakla telefon söhbətində “Cənub axını”nın ləğvi barədə məsələ təsdiqlənib.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının yaydığı açıqlamada “Cənub axını” layihəsinin rəsmi şəkildə ləğv olunduğu bildirilib.
Bundan əvvəl Rusiya rəsmiləri layihədən vaz keçdiklərini desələr də, Brüssel bunun rəsmi surətdə təsdiq olunmasını tələb etmişdi. Bundan əvvəl isə M.Şevçoviç bildirmişdi ki, “Cənub axını” layihəsi ilə alınması düşünülən qaz həcmini əvəzləmək üçün Avropa Komissiyasının üç mümkün variantı var.
banner

Oxşar Xəbərlər