• cümə axşamı, 25 aprel, 15:11
  • Baku Bakı 23°C

Cengiz Ündər Avropanın ən məhsuldar gənc futbolçusu oldu

05.03.18 21:28 754
Cengiz Ündər Avropanın ən məhsuldar gənc futbolçusu oldu
2018-ci ilin ən məhsuldar gənc futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçular arasında ən yaxşı göstərici "Roma"nın yarımmüdafiəçisi Cengiz Ündərə məxsusdur.

Türkiyə milisinin üzvü "canavarlar"ın son 5 qarşılaşmasında fərqlənməyi bacarıb. "Verona", "Benevento", "Udineze", "Şaxtyor" və "Napoli" ilə görüşlərdə ümumilikdə 6 qol vuran Cengiz 1 məhsuldar ötürmə verməyi də bacarıb. Bununla o, Avropada bu il nəticəyə ən çox təsir göstərən gənc oyunçu olub. Yeni ildə 616 dəqiqə meydanda olan hücumameylli oyunçu 88 dəqiqədən bir komandasının qoluna birbaşa təsir edib.

Ündəri PSJ-nin "Monako"dan 180 milyon avroya transfer etməyə hazırlaşdığı Kilian Mbappe izləyir. Fransalı forvardın aktivində 3 qol, 3 assist var. İlk "üçlüy"ü 5 qol, 1 məhsuldar ötürmə ilə "Milan"ın hücumçusu Patrik Kutrone qapayır. Qeyd edək ki, Donetsk "Şaxtyor"u ilə qarşılaşmada fərqlənən Cengiz Ündər Çempionlar Liqasında qol vuran ən gənc türkiyəli futbolçu ünvanına yiyələnib.
banner

Oxşar Xəbərlər