AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş başlayıb

Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş başlayıb

Cəmiyyət
30 Oktyabr 2020, 14:43 1879
Bu gün Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş keçirilir.
 
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan "Twitter"də bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşü başlayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.
Həmsədrlər və A. Kaspşik Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla da görüşəcəklər.