Cenevrədə BMT İnsan Haqları Şurasının 16-cı sessiyası başlayıb

Cenevrədə BMT İnsan Haqları Şurasının 16-cı sessiyası başlayıb

Cəmiyyət
22 Aprel 2013, 11:44 894
APA-nın xəbərinə görə, mayın 3-dək davam edəcək sessiyada bir sıra ölkələrdə (Türkmənistan, Rusiya, Özbəkistan, Almaniya, Kanada və s.) insan haqlarının durumuna dair Universal Dövri İcmal müzakirə olunacaq və məruzələr qəbul ediləcək.

Azərbaycanda insan haqlarının vəziyyəti aprelin 30-da müzakirə olunacaq, mayın 2-də isə bununla bağlı məruzə qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycanda insan haqlarının vəziyyəti BMT İnsan Haqları Şurasının iclasında sonuncu dəfə 2009-cu ilin fevralında müzakirə olunub. Universal Dövri İcmal sessiyaları 3 ildən bir keçirilir. Hər bir sessiya 16 ölkənin icmalına həsr olunub. Hər bir dövlət üzrə 3 ölkəni təmsil edən 3 məruzəçi təyin olunur. Bu sessiyada Azərbaycan üzrə məruzəçilər Maldiv, Liviya və Perunu təmsil edir.