• çərşənbə, 17 Aprel, 00:04
  • Baku Bakı 14°C

Cəmiyyətin alqışladığı sosialyönümlü addımlar

15.02.19 12:52 525
Cəmiyyətin alqışladığı sosialyönümlü addımlar
Cari ilin son 20 günü ərzində prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı 9 sənəd imzalayıb. Əsasən, aztəminatlı təbəqənin sosial rifahının gücləndirilməsinə yönələn bu qərarlar, Azərbaycanda son dövrləriqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatların məntiqi nəticəsidir. Belə ki, prezidentin vurğuladığı kimi bu islahatlar nəticəsində əldə olunan əlavə maliyyə resursları əhalinin sosial müdafiəsinə istiqamətləndirilməkdədir. "Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə-ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik”, - deyə İlham Əliyev bildirib.
Gəlin son həftələr ərzində həyata vəsiqə qazanan sosialyönümlü addımlara ayrı-ayrılıqda diqqət edək.
Bunlardan biri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqındasərəncamdır. Sənədə əsasən,Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə35 milyon manat əlavə vəsait ayrılıb. Qeyd edək ki, 1997-2018-ci illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6654 mənzil təqdim edib.Qarabağ müharibəsi əlillərinə təqdim olunan avtomobillərin sayı isə6144-ə çatıb.
Dövlət başçısının imzaladığı digər sənədşəhid vərsələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutanAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəsayca ikinci fərmandır. Vurğulamaq yerinə düşər ki, bununla bağlı ilk Fərman 2018-ci ildə keçirilmiş növbədənkənar prezident seçkilərdən sonra imzalanıb və İlham Əliyevin növbəti prezidentlik dönəmində imzaladığı ilk sənəd kimi tarixə düşüb.
Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, sonuncu Fərmanla birdəfəlik ödəmələrin (11 min manat) verilməsi 2725 nəfər çox olmaqla artıq 12268 şəhidin vərəsələrini əhatə edəcək. Bu məqsəd üçün ümumilikdə 135 milyon manat vəsait sərf olunacaq.
İlham Əliyevin imzaladığı növbəti fərmanşəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqındaolub.Fərmanla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.Artım 12 mindən çox şəhid ailəsini əhatə edəcək.
Ardıcıllıqla baxsaq,prezidentin imzladığı digər sərəncam əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında olub. Sənədlə2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin edilib. Eyni zamanda, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilib.
İlham Əliyevin son günlər imzaladığı sənədlər içərisində minimum aylıq əməkhaqqının artırılmasını nəzərdə tutan sərəncam da yer alıb. Mühüm sosial əhəmiyyət daşıyan sərəncamla bu il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılaçaq. Bu, 600 mindən çox işçinin əmək haqlarının artmasına gətirib çıxaracaq.
Bununla yanaşı, prezidentin imzası iləəmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanunvericilik layihəsi də hazırlanaraq Milli Məclisə təqdim edilib.
Laiyihə qəbul ediləcəyi təqdirdə əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq. Artımıların 233 min pensiyaçını əhatə edəcəyi gözlənilir.
Prezidentin imzaladığı başqa bir sərəncam doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqındadır.
Sənədə uyğun olaraq, bu kateqoriyadan olan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilətəqaüdlərin yeni məbləgləri müəyyən olunub.
Digər sərəncamla ali təhsil müəssisələrində təqaüd sistemi təkmilləşdirilib. Belə ki, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək.
İlham Əliyevin bu qəbildən olan növbəti fərmanıAzərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi barədədir. Belə ki,Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədiləali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği cari ilin martın 1-dən 185 manatdan 210 manata çatdırılacaq.
Qeyd olunan bütün bu sənədlər əhalinin xüsusilə aztəminatlı təbəqəsinin pul gəlirlərinin artımına gətirib çıxaracaq. Digər tərəfdən, yoxsulluq probleminin tam həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq və ölkəmizdə yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalacaq.
Umumilikdə, son proseslər qarşıdakı dövrdə də güclü sosial siyasətin İlham Əliyev hakimiyyətinin gündəliyində ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacağını deməyə əsas verir.
Elman Babayev
banner

Oxşar Xəbərlər