AZE | RUS | ENG |

Cəmiyyəti barış, dostluq, anlaşma ovqatına kökləyən ƏFV

Cəmiyyəti barış, dostluq, anlaşma ovqatına kökləyən ƏFV
Azərbaycan Prezidenti İlham Əliyevin başlatdığı yeni islahatlar təkcə sosial-iqtisadi sahəni əhatə etmədi. Bir müddətdir insanların güzəranını daha da yaxşılaşdırmaq üçün həyata keçirilən genişmiqyaslı tədbirlər, çözülən problemlər siyasi islahatlarla tamamlanmaqdadır. Prezidentin Novruz bayramı ərəfəsində imzaladığı sonuncu əfv sərəncamı məhz bu mənada xüsusi əhəmiyyət daşıyır.  

"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamla  keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı,  AXCP sədri Əli Kərimlinin qaynı Eynur Seyidov, Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov,  jurnalist Fikrət Fəraməzoğlu,  "Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, gənc fəallar Qiyas İbrahimov, Bayram Məmmədov,  Rəşad Raamazanov, Murad Ədilov (Fransada yaşayan Natiq Adilovun qardaşı) və başqa bir sıra siyasi məhbus kimi qələmə verilən şəxslərin adları var. 

Ümumilikdə isə sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Rəqəmlər təkcə bu dəfəki əfv qərarının əhatəliliyini deyil, həm də onun siyasi əhəmiyyətini göstərir. Ümumilikdə adları hüquq müdafiəçilərinin siyahılarına düşmüş 50-dən çox şəxs əfv edilib ki, bu da öz növbəsində ölkənin ictimai-siyasihəyatına təsirsiz ötüşməyəcək.  

İctimai-siyasi aktiv məhbusların əfvi ilk növbədə siyasi müstəvidə müşahidə olunan gərginliyin azalmasına xeyli dərəcədə müsbət təsir edəcək. Hakimiyyətin atdığı bu addım, eyni zamanda, beynəlxalq müstəvidə Azərbaycana qarşı siyasi məhbus adı altında edilə biləcək mümkün təzyiq dalğasını aradan qaldıracaq. 

Xüsusilə tanınan isimləri imzalanan əfv sərəncamında görmək cəmiyyətdə olduqca müsbət əhval-ruhiyyə yaradacaq. Cəmiyyəti barış, dostluq, anlaşma ovqatına kökləyəcək. Hakimiyyətin başlatdığı yeni islahatların sözdə islahat olmadığı təsdiqlənməklə, onun mövqelərini daha da möhkəmləndirəcək.

Qeyd edək ki, siyasi yükü daha ağır olan sonuncu əfv sərəncamı da daxil olmaqla, 2003-cü ildən bəri İlham Əliyev sayca 33 əfv sənədinə imza atıb. Bununla yanaşı, çoxsaylı Amnistiya aktları ilə xeyli sayda insan azadlığa qovuşub.  

Bu faktlar humanizmin, bağışlamağaın Azərbaycan hakimiyyətinin ümdə dəyərlərindən olduğunu təsdiq edir.

İnsan xarakterinin, şəxsiyyətin daxili aləminin ən üstün cizgisi onun kindən uzaqlığı, bağışlamağa səmimən hazır olmasıdır. Əfv humanizmdir; əfv ədalətli addımdır, vicdani hissin parlaq ifadəsidir. Əfv edən böyükdür!!!
 
Elman Babayev

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974