• şənbə, 20 Aprel, 02:07
  • Baku Bakı 15°C

Cəmiyyətdən təcrid olan insanların üz cizgiləri araşdırılıb

29.09.16 08:42 617
Cəmiyyətdən təcrid olan insanların üz cizgiləri araşdırılıb
İsveçrə elm adamları cəmiyyətdən təcrid olan insanların üz cizgilərini araşdırıblar.
AZƏRTAC" VistaNews” saytına istinadla xəbər verir ki, tədqiqatlar üçün kompyuter vasitəsilə eyni insanın fərqli emosiyalar ifadə edən şəkilləri hazırlanıb. Mənfi və ya müsbət qiymətləndirilməsi üçün bu şəkillər tədqiqat iştirakçılarına təqdim olunub. Yekunda təcrid olunmuşluğu və ya səriştəsizliyi ifadə edən üz quruluşunun mənfi - xoşagəlməz və itici olduğu məlum olub. Bundan əlavə, ən xoşa gəlməyən emosiyalar siyahısında alimlərin düşündüyü kimi "qapalılıq” deyil, "cəhalət” yer alıb.
Mütəxəssislər belə qənaətə gəliblər ki, sosial cəmiyyət səriştəsiz və ya təcrübəsiz üz quruluşuna malik insanları qəbul etmir.
banner

Oxşar Xəbərlər