• şənbə, 20 Aprel, 17:36
  • Baku Bakı 23°C

Cəmiyyət etiraz etdi, qapıçını həbsxanaya qaytardılar

26.04.17 13:45 929
Cəmiyyət etiraz etdi, qapıçını həbsxanaya qaytardılar
Braziliyalı qapıçı Bruno Fernandes yenidən həbsxanaya göndərilib.
Kaspi.az xəbər verir ki, Fernandes keçmiş həyat yoldaşının ölümünü sifariş etməkdə ittiham olunaraq, 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həyat yoldaşı ondan aliment tələb etdiyi üçün futbolçu onun ölümünü sifariş etmişdi. Qatillər Elizanı öldürdükdən sonra cəsədi parça-parça edərək, itlərə atmışdılar.
Futbolçu 4 il həbsxanada qaldıqdan sonra apellyasiya şikayəti təmin olunmuş və azadlığa çıxmışdı. Ancaq onun azadlığa çıxması Braziliya cəmiyyətində kəskin etirazlara səbəb olmuşdu.
Nəticədə, Ali Məhkəmə işə baxaraq, qapıçının həbsxanaya qaytarılmalı olduğu barədə qərar çıxarıb.
Fernandes azadlığa çıxdıqdan sonra Braziliyanın ikinci divizion klubu ilə müqavilə bağlamış, 5 oyunda meydana da çıxmışdı.
banner

Oxşar Xəbərlər