AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Cəmil Çiçək Rusiyaya gedib

Cəmil Çiçək Rusiyaya gedib

Təfsilat
14 Aprel 2015, 06:38 616
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Rusiya Federasiyasına rəsmi səfərə gedib. APA-nın “Cihan” agentliyinə istinadən verdiyi xəbərə görə, C. Çiçək Moskvada Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko və digər rəsmi şəxslərlə görüşəcək.

Moskvadakı proqramını tamamladıqdan sonra C. Çiçək Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşəcək. O, Kazanda Tatarıstan prezidenti Rüstəm Minnixanov və Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxamedşin ilə görüşlər keçirəcək. TBMM ilə Tatarıstan Dövlət Şurası arasında Memorandum imzalanması gözlənilir. C. Çiçəkin Kazan Universitetində çıxışı da nəzərdə tutulub.