• şənbə, 20 Aprel, 15:51
  • Baku Bakı 23°C

Cəmil Çiçək APA-nı təbrik edib

11.11.14 12:47 1269
Cəmil Çiçək APA-nı təbrik edib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək APA İnformasiya Agentliyinin yaradılmasının 10-cu ildönümü ilə əlaqədar agentliyin rəhbərliyini və kollektivini təbrik edib.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, təbrikdə deyilir:
“Beş dildə xəbər yayaraq Azərbaycanı bütün dünyaya və dünyanı da Azərbaycana daşıyan “Azəri-Press” xəbər agentliyinin yaradılmasının 10-cu ildönümünü təbrik edirəm. APA insanları sadəcə həyatdan xəbərdar etməklə qalmayaraq, eyni zamanda dünyadan da xəbərdar edərək önəmli bir vəzifəni yerinə yetirir, həyata keçirdiyi xəbərçilik çalışması ilə ölkələrimiz arasındakı əlaqələrin inkişafına xidmət edərkən, üzlərimizi də eyni yönə çevirməkdədir.
Bir insanın uşaqlıq çağı deyilə biləcək qədər qısa müddətdə çatdığı səviyyə ilə hər cür təqdirə layiq olan APA-nı təkrar təbrik edirəm. Uğurlu xəbərçilik xidmətlərinin daha geniş yayılaraq davam etməsini diləyirəm”.

banner

Oxşar Xəbərlər