• cümə, 26 Aprel, 05:26
  • Baku Bakı 16°C

Cəmil Həsənlinin narazı qalmağa haqqı yoxdur - Açıqlama

02.10.13 12:09 1104
Cəmil Həsənlinin narazı qalmağa haqqı yoxdur - Açıqlama
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkiləri günü fəaliyyət göstərəcək Müstəqil Mətbuat Mərkəzinin açılış mərasimi çərçivəsində keçirilən brifinqdə deyib.
O bildirib ki, bu məsələdə hər hansı bir narahatlıq olmasa da, keçiriləcək istənilən tədbir haqda mərkəzin koordinatoru əvvəlcədən məlumatlandırılmalıdır: “Prezidentliyə namizədlər, onların səlahiyyətli nümayəndələri mərkəzə gələrək, burada media üçün açıqlama verə, proses barədə məlumatları jurnalistlərlə bölüşə bilərlər”.
Demokratik Qüvvələrin Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin İctimai Televiziyanı və Mərkəzi Seçki Komissiyasını məhkəməyə verməsinə gəlincə, M. Pənahov bildirib ki, istənilən məhkəməyə verilmə faktı narazılıq yaradır. Buna baxmayaraq, MSK namizədlər üçün bütün şəraitin yaradılmasına çalışır: “MSK namizədlərin normal fəaliyyət göstərməsi üçün bütün addımları atır. Cəmil Həsənlinin MSK-dan narazı qalmağa haqqı yoxdur”.
banner

Oxşar Xəbərlər