• cümə axşamı, 28 mart, 17:54
  • Baku Bakı 16°C

Cəmil Həsənlinin liderliyini və ağsaqqallığını qəbul etmirik - Rauf Arifoğlu

17.01.14 12:54 1323
Cəmil Həsənlinin liderliyini və ağsaqqallığını qəbul etmirik - Rauf Arifoğlu
“Təəssüf ki, Cəmil Həsənli də Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri kimi bizim fəaliyyətimizlə bağlı xoşagəlməz ifadələr işlədir.
Bütün bunlara baxmayaraq, seçki kampaniyası dövründə, yəni əsas proses dövründə “Yeni Müsavat” qəzetinin kollektivinin şəxsən Cəmil Həsənli uğrunda verdiyi əməyi ona halal edirik. Onun da diqqətinə çatdırıram ki, prezidentliyə vahid namizəd kimi sınaq dövrü həmin dövr idi və o dövrdə biz ona mümkün olan bütün dəstəyi verdik və əslində böyük, dünya standartlarına cavab verən piar kampaniyası apardıq. Qarşılığında isə təşəkkürdən başqa heç bir təmənna güdmədik. Bütün bunların yekununda bizi, 60 nəfərlik kollektivi bu cür dəyərləndirirsə, canı sağ olsun və onu artıq AXCP funksionerlərindən biri kimi qəbul edirik. Onun üzərinə götürdüyü müxalifət düşərgəsinin lideri, ağsaqqalı funksiyasını artıq qəbul etmirik”.
Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Milli Şuranın sədri Cəmil Həsənlinin “Yeni Müsavat”ı dağıdıcılıq və pozuculuqda ittiham etməsinə münasibət bildirərkən deyib.
R. Arifoğlu hesab edir ki, bu açıqlama Cəmil Həsənlinin uyğun bir vaxtına düşməyib, yoxsa, o başqa cür danışardı: “O, ən azı məlumatlı və bilgili adamdır ki, bir qəzet haqqında dağıdıcı, didici fəaliyyətlərdə ittiham etməzdən əvvəl, qəzetlərin funksiyaları ilə tanış olmağa ehtiyac var. Qəzet öz işini görür, gündəlik məlumat verir, heç yerə bomba qoymur, təxribatçı məlumatlar yerləşdirmir, partlayıcı maddələrdən istifadə etmir, qəzet sadəcə yazır. Müəyyən məqamda bu yazılar Cəmil Həsənlinin xoşuna gələ bilər, başqa məqamda isə gəlməyə bilər. Hər ikisinə sayğı ilə yanaşması gərəkdir”.
R. Arifoğlu qeyd edib ki, AXCP - Müsavat münaqişəsi yeni başlayanda, Cəmil Həsənli ilə görüşərək, bu münaqişənin həlli yollarını tapmasını xahiş edib, lakin o, üzərinə düşən vəzifəni yerinə yetirməyib: “AXCP-Müsavat münaqişəsi yeni başlayanda, şəxsən Cəmil Həsənli ilə görüşərək, xahiş etmişdim, təşəbbüs göstərmişdim ki, AXCP rəhbərliyi ilə danışsın, bu münaqişəni böyütməyək, bunun həlli yollarını tapaq. Çünki bu, Azərbaycan müxalifətinə heç bir fayda verməz. Dağıdıcılıqla, məşğul olmaq istəyən bir insan bu təşəbbüsü göstərərmi? Təəssüf ki, Cəmil Həsənli sonradan AXCP-Müsavat arasında münaqişə başlayanda da, qızışanda da, “Yeni Müsavat”-“Azadlıq” qəzeti və AXCP arasında münaqişə qızışanda da özünün ağsaqqal və müxalifətin lideri mandatından istifadə edərək, heç bir fəaliyyət göstərmədi”.
banner

Oxşar Xəbərlər