• çərşənbə, 17 Aprel, 00:57
  • Baku Bakı 14°C

Cəmil Həsənli İbrahimbəyova qarşı

16.01.14 15:03 1160
Cəmil Həsənli İbrahimbəyova qarşı
“El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun yenidən Milli Şuranın fəxri sədri və ya lideri olmasını təklif edib.
APA-nın məlumatına görə, E.Quliyev deyib ki, indiyədək R.İbrahimbəyova qarşı müəyyən təzyiqlər olub, lakin o, Milli Şuranın saxlamaq üçün geri çəkilib. Ona görə onun fəxri sədrlik məsələsinə münasibət bildirilməli və bu barədə qərar verilməlidir.
E.Quliyev qeyd edib ki, Milli Şura artıq səddi keçmiş qarşıdurmalara da münasibət bildirilməli və bu qarşıdurmaların qarşısını almalıdır.
Mehriban Vəzir isə bu təklifin əleyhinə çıxıb. O deyib ki, Rüstəm İbrahimbəyovla bağlı məsələni yenidən gündəliyə salmaq lazım deyil.
C.Həsənli də qeyd edib ki, yenidən liderlik məsələsinə qayıtmağa lüzum görmür: “Mənim fikrimcə, biz yenidən liderlik məsələsinə qayıtmamalıyıq. Burda oturanların əksəriyyəti liderdir. Bu mənim fikrimdir, lakin Milli Şura qərar verməlidir. Milli Şurada bir ənənə var. Bu ondan ibarətdir ki, biz sessiyalararası müddətdə Milli Şuranı tərk edənlərin Milli Şuradan çıxmasını nəzərə alırıq, eyni zamanda quruma müraciət varsa, biz bu müraciətlərə baxmalıyıq. Ötən sessiyadan sonra Rüstəm İbrahimbəyovun Milli Şuraya müraciəti olub. Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrlikdən imtina müraciətinə baxmalı idik. Ona görə də biz Rüstəm İbrahimnbəyovun istefa ilə bağlı müraciətini Milli Şurada müzakirəyə çıxararaq münasibət bildirməliyik”.
banner

Oxşar Xəbərlər