• cümə, 19 Aprel, 19:21
  • Baku Bakı 24°C

“Cəmil Həsənli Əli Kərimlinin qorxusundan İsa Qəmbərə salam vermədi”

06.11.14 10:58 1304
“Cəmil Həsənli Əli Kərimlinin qorxusundan İsa Qəmbərə salam vermədi”
“Düşünürəm ki, Milli Şuranın təşkil etdiyi mitinqin nə məhbuslara, nə də demokratik düşərgəyə aidiyyəti var. Əli Kərimlini yalnız şəxsi ambisiyaları maraqlandırır. Milli Şuranın yeganə müxalifət qüvvəsi olduğunu sübut etmək istəyirlər”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli deyib.
M. Hacıbəyli bildirib ki, bir müddət əvvəl Müsavatın da təmsil olunduğu Siyasi Məhbusların Hüquq-Müdafiə Mərkəzi mitinq keçirmək istəsə də, Milli Şura rəhbərliyi bu təklifə qarşı çıxıb: “Biz bu barədə təkliflə çıxış edəndə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və tərəfdarları buna qarşı çıxaraq, hələ mühitin yetişmədiyini, vaxtının çatmadığını demişdilər. Amma indi mitinq keçirmək istəyirlər”.
M. Hacıbəyli Milli Şuranın sədri Cəmil Həsənli də ittiham edərək, onun Ə. Kərimlinin diktəsi ilə hərəkət etdiyini vurğulayıb: “Mən Milli Şuranın sədri Cəmil Həsənlinin mövqeyinə təəccüb edirəm. Müsavat Partiyası o vaxt Milli Şuranın tərkibində, ümumi maraqlar naminə Cəmil Həsənlinin namizədliyini irəli sürdü. İsa Qəmbər prezidentliyə namizədliyini geri götürərək, Cəmil Həsənlini dəstəkləmişdi. Amma təsəvvür edin ki, Cəmil Həsənli Əli Kərimlinin qorxusundan Milli Şuranın mitinqində bizə, İsa Qəmbərə salam vermədi. Görünür, o, Əli Kərimlidən çəkindiyi üçün belə addım atdı. Bu, Cəmil Həsənliyə yaraşmayan hərəkətdir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında mitinq ərəfəsində müxalifətdaxili münaqişələrə qarışmaq istəmədiyini deyib.
banner

Oxşar Xəbərlər