• cümə axşamı, 28 mart, 21:00
  • Baku Bakı 13°C

Cəmil Həsənli Azərbaycana qarışıqlıq salmağa qayıdır - Münasibət

19.10.13 09:56 1249
Cəmil Həsənli Azərbaycana qarışıqlıq salmağa qayıdır - Münasibət
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib: “Cəmil Həsənli istəyir ki, şou düzəltsin və ona xaricdə sığınacaq versinlər. Bu gün o, Konstitusiya Məhkəməsi ilə çayxananı səhv salmışdı. Onların bir fərli hüquqşünasları yoxdur başa salsın ki, bu məsələlər belə olmur. Namizədlik dövründə ikili vətəndaşlığı olan şəxsin namizədliyini irəli sürmüşdülər. Yəni onların nə hüquqi , nə elmi cəhətdən heç bir əsasları yoxdur. Bu baxımdan da Cəmil Həsənli yaxın zamanda qarışıqlıq yaratmaq istəyir ki, ona qarşı hər hansı təzyiq olsun və “Green card” vasitəsi ilə Amerikaya getsin. O Londona gedəndən onun kartı hazırdır. Londondan qayıdandan sonra tamam dəyişib. Siz də yaxın zamanda bunun şahidi olacaqsınız” .
S. Novruzov Milli Şuranın mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmədiyini də bildirib: “Azərbaycanda mitinq keçirmək üçün yerlər var. Hər bir ictimai təşkilat etiraz mitinqi keçirə bilər. Sərbəst toplaşmaq haqqında qanuna əsasən, bunun üçün əvvəlcədən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır. Lakin bunlar müraciət etmədən Fəvvarələr Meydanında aksiya keçirmək istəyirlər. Aydındır ki, kiçik bir stadionun 40 faizini doldura bilmədikləri üçün müəllimləri öyrədiblər ki, camaatı gətirin Fəvvarələr Meydanına və qarışıqlıq yaransın”.
banner

Oxşar Xəbərlər