• cümə, 19 Aprel, 13:59
  • Baku Bakı 25°C

Cəmil Həsənli Arif Hacılını sifariş yerinə yetirməkdə suçladı

03.06.13 13:24 1707
Cəmil Həsənli Arif Hacılını sifariş yerinə yetirməkdə suçladı
“Mən bir müddətdir ki, Milli Şura ətrafında gedən müzakirələrdən uzaq qalmışam. Ancaq izlədiyim qədərilə deyə bilərəm ki, yaşanan proseslərlə bağlı nikbin deyiləm”. Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı deyib.
A.Hacılı deyib ki, o, özünü Azərbaycan xalqının gələcək taleyi üçün məsuliyyət daşıyan adamlardan biri hesab edir: “Mən Rəsulzadə-Elçibəy ideyalarını seçmiş, xalqın gələcəyi üçün məsuliyyət daşıyan adamam. Buna görə də hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq mənim üçün əhəmiyyətlidir. Bunun məsuliyyətini daşıyıram”.
Editor.az məsələyə Milli Şura ideyasının müəlliflərindən biri, “Ziyalılar Forumu”nun həmtəsisçisi Cəmil Həsənlidən münasibət öyrənib. Portala açıqlamasında professor Cəmil Həsənli Milli Şura ilə bağlı səslənən iddialarla razıəlaşmadığını söyləyib: “Milli Şura müxalifətin son illər ərzində reallaşdırdığı ən ciddi birliklərdən biridir. Mən bu birliyə və onun gələcəyinə nikbin yanaşıram. O ki qaldı Arif Hacılıya, mən onun açıqlamasına şərh vermək istəmirəm. Təəssüf ki, həm iqtidar, həm də müxalifət daxilində Milli Şuranı ləkələmək, onu Rusiya ilə əlaqələndirmək istəyən qüvvələr var ki, onlar siyasi sifariş icra edirlər”.
“Arif Hacılının Milli Şurada olmayacağı barədə açıqlamasını təbii qarşılayıram. Hesab edirəm ki, ağıllı insanlar bu qurumda olmayacaq. İnanıram ki, Arif Hacılı kimi bir çox şəxslər Milli Şuradan imtina edəcəklər”.
Bu sözləri isə Moderator.az-a açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov, A.Hacılının Milli Şurada təmsil olunmayacağına dair bəyanatına münasibət bildirərkən söuləyib. Onun sözlərinə görə, Milli Şuranın ayrı-ayrı xarici ölkələrin layihəsi olduğu hər kəsə bəllidir: “Baxmayaraq ki bu qurumun adının qarşısında “milli” sözü yazılıb. Mən ilk gündən demişdim ki, Milli Şura yaranmadan dağılacaq”.
banner

Oxşar Xəbərlər