• cümə axşamı, 28 mart, 14:56
  • Baku Bakı 16°C

Cəlilabaddakı Polutəpə qədim yaşayış məskənində küp qəbir aşkar edilib

29.05.16 19:52 1145
Cəlilabaddakı Polutəpə qədim yaşayış məskənində küp qəbir aşkar edilib
Bir neçə il bundan əvvəl Cəlilabad rayonunun Üçtəpə kəndindəki Polutəpə qədim yaşayış məskənində aparılan ən son arxeoloji qazıntılar zamanı Muğan mədəniyyətinə aid qədim yaşayış evləri aşkar olunmuşdu. Həmin ərazidə bu gün də maddi-mədəniyyət nümunələrinə rast gəlinir. Tapılmış maddi-mədəniyyət nümunələrindən aydın olur ki, Polutəpədə yaşamış yerli tayfalar əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıqla da məşğul olublar.
AZƏRTACxəbər verir ki, bu günlərdə ərazidə aparılan qazıntılar zamanı müxtəlif növ saxsı qablar, küp qəbir, eləcə də insan sümükləri aşkarlanıb.
Kənd sakinlərinin müraciəti əsasında Cəlilabad Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları qədim yaşayış məskəninə baxış keçiriblər.
Əraziyə baxış zamanı buradan küp qəbir aşkarlanıb. Tapıntı qədim yaşayış evlərində xüsusi dəfn adətləri ilə basdırılmış küp uşaq qəbiridir. Saxsı qabın içindən bir neçə müxtəlif formalı insan sümüyü və dişləri çıxıb.
Mütəxəssislər ərazinin nəzarətə götürülməsini və tədqiqat işlərinin davam etdirilməsini vacib hesab edirlər.
Tarixçilər yeni tapıntının 7 min il əvvələ aid olduğu qənaətindədirlər.
Küp qəbir ərazidən götürülərək araşdırmalar aparmaq məqsədilə Cəlilabad Rayon Tarix Diyarşunaslıq Muzeyinə verilib.
banner

Oxşar Xəbərlər