• çərşənbə axşamı, 23 aprel, 13:48
  • Baku Bakı 24°C

Cəlilabadda yola çıxan 3 yaşlı uşağı maşın vurub

25.08.18 23:17 1091
Cəlilabadda yola çıxan 3 yaşlı uşağı maşın vurub
Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosu xəbər verir ki, rayonun 2015-ci il təvəllüdlü Qarağac kənd sakini Cəfərov Rza Zaur oğlunu şəhərin Silsilə adlanan ərazisində "Jiquli" markalı avtomobil vurub.
Üç yaşlı uşaq dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
İlkin məlumata görə, azyaşlının qəfil yola çıxması qəzaya səbəb olub.

banner

Oxşar Xəbərlər