• şənbə, 20 Aprel, 14:55
  • Baku Bakı 23°C

Cəlilabad sakininin evindən 5 min manat oğurlanıb

29.04.18 22:17 727
Cəlilabad sakininin evindən 5 min manat oğurlanıb
Cəlilabadda kəndə, toy mərasiminə gedən rayon sakininin evindən oğurluq edilib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cavad Xan küçəsində baş verib.
Həmin küçədə yaşayan Gülpaşa Ağayevin ailə üzvlərinin evdə olmamasından istifadə edən naməlum şəxs və ya şəxslər pəncərəni sındırmaqla evə daxil olaraq, qızıl-zinət əşyaları, pul, kompyuter və oyun diskləri oğurlayıblar.
Ev sahibinə ümumilikdə 5 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

banner

Oxşar Xəbərlər