AZE | RUS | ENG |


Cəlil Cavanşir oxucular üçün mühazirə dedi

Cəlil Cavanşir oxucular üçün mühazirə dedi
"Kitabsevərlər” hərəkatının nəzdində "Oxucu klubu” layihəsinə start verilib. Klub ilk görüşünü iyunun 18-də Odlar Yurdu Universitetində keçirib. Görüşün qonağı tanınmış şair-tərcüməçi Cəlil Cavanşir olub. 

Tədbiri giriş sözü ilə açan gənc yazıçı Cavid Qədir "Oxucu klubu” layihəsi və tədbirin məqsədi haqqında geniş məlumat verib. 

Daha sonra söz alan qonaq "Ədəbiyyatda inteqrasiya və tərcümə" mövzusunda mühazirə oxuyub, iştirakçıların suallarını cavablandırıb. 

Ədəbiyyatdakı inteqrasiyadan danışan Cəlil Cavanşir qeyd edib ki, bu istiqamətdə tərcümənin rolu böyükdür. Eyni zamanda, tərcümənin hazırkı vəziyyətindən danışarkən Tərcümə Mərkəzinin və nəşriyyatların işindən də söz açıb: "Bu səpkidə gənc tərcüməçilərə, gənc yazarlara şərait yaradılmasının vacib olduğunu düşünürəm. Hazırda dünya ədəbiyyatından tərcümələr dağınıq və plansız formada həyata keçirilir. Prezidentin sərəncamı ilə 3-4 ildir ki, dünya ədəbiyyatının 150 cilddə nəşri prosessi həyata keçirilir. Bu layihə həm tərcümənin keyfiyyətinə, həm də həcminə görə təqdirə layiqdir. Ancaq eyni müəlliflərin təkrar-təkrar nəşr olunması, dedektiv əsərlərin kütləvi şəkildə tərcüməsi ədəbiyyata xidmət kimi görünsə də, əslində, bu prosessi ləngidir”. 

Sözügedən qrupun üzvləri və oxucuların iştirakı ilə baş tutan görüşdə gənc yazıçı Fərhad Amur da mövzu ilə bağlı fikirlərini səsləndirib, özünün yeni çapdan çıxan kitabını tədbir iştirakçıları üçün imzalayıb.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008