• cümə, 29 Mart, 01:42
  • Baku Bakı 7°C

Cəlal Təlabani ölməyib - İraqın Azərbaycandakı səfirliyi

10.04.14 11:15 1280
Cəlal Təlabani ölməyib - İraqın Azərbaycandakı səfirliyi
İraqın Azərbaycandakı səfirliyi İraq prezidenti Cəlal Təlabaninin 1 il əvvəl öldüyü və ölümünün gizlədildiyi ilə bağlı Azərbaycanın bir sıra mətbuat orqanlarınla yayılan xəbəri təkzib edib.
İraqın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, yayılan xəbər tamamilə əsassızdır, Almaniyada müalicə alan prezident C.Təlabaninin səhhəti stabildir və getdikcə yaxşılığa doğru gedir.
Açıqlamada C.Təlabaninin son zamanlar yayılan şəkillərinin də bu il martın 21-də, Novruz bayramında çəkilən şəkillər olduğunu vurğulanıb. Səfirlik yayılan xəbərlərdə məhz İraqda sünni və şiə məzhəbləri arasında ziddiyyətlər səbəbindən C.Təlabaninin ölümünün gizlədilməsinin vurğulanmasını da kədər hissi ilə qarşılayıb və KİV-i yoxlanılmamış məlumatları dərc etməməyə çağırıb, gələcəkdə belə məlumatlar yayın KİV-lə əməkdaşlıqdan imtina edəcəyini bəyan edib.
Qeyd edək ki, dünən Azərbaycanın bir sıra media orqanları diplomatik mənbəyə istinadən kürd əsilli İraq prezidenti C.Təlabaninin 1 il əvvəl vəfat etdiyi, prezident səlahiyyətlərinin parlamentin sədri sünni Üsamə ən-Nəcəf tərəfindən icra edilməli olduğu halda, ölkədəki şiələrin və kürdlərin bununla razı olmadıqları, İraqda siyasi qarşıdurma yaşanacağından ehtiyat edərək ölüm xəbərinin gizlədildiyi haqda məlumat yayıblar. Eyni zamanda C.Təlabaninin ölüm xəbəri ilə bağlı rəsmi açıqlamanın bu ayın 30-da İraqda keçiriləcək parlament seçkilərindən sonra veriləcəyi də qeyd olunub.
banner

Oxşar Xəbərlər