• cümə, 26 Aprel, 16:47
  • Baku Bakı 23°C

Cəlal Əliyev ABŞ jurnalının redaksiya heyətinin üzvü oldu

04.08.14 12:28 1247
Cəlal Əliyev ABŞ jurnalının redaksiya heyətinin üzvü oldu
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “İnfeksion və qeyri-infeksion xəstəliklər” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla bağlı jurnalın baş redaktoru Liza Broundan daxil olmuş məktubda qeyd edilir ki, infeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyəti görkəmli alimlərdən təşkil olunub: “Biz məmnuniyyətlə, sizi də jurnalımızın redaksiya heyətinin üzvü olmağa dəvət edirik. Hesab edirik ki, sizin kimi nüfuzlu alimin redaksiya heyətinin tərkibində olmağı bizim üçün fəxrdir və sizin təcrübəniz və ekspert kimi yüksək professionallığınız elmi cəmiyyətlərin daha da inkişafına imkan yaradar”.
banner

Oxşar Xəbərlər