• cümə, 29 Mart, 15:45
  • Baku Bakı 14°C

Cəfər Cabbarlının ömür yolu ekranlaşdırılır

28.12.18 13:00 606
Cəfər Cabbarlının ömür yolu ekranlaşdırılır
Görkəmli dramaturq Cəfər Cabbarlının həyatından və istiqlalçı fəaliyyətindən bəhs edən filmin çəkilişlərinə başlanılıb.
AZƏRTACxəbər verir ki, "ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən ekranlaşdırılan film C.Cabbarlının Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur.
Filmin rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, məsləhətçisi professor Asif Rüstəmli, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Ekran əsərində Cəfər Cabbarlı rolunu aktyor Şəmistan Süleymanlı ifa edir.
Qeyd edək ki, filmin ədibin 120 illik yubileyi ərəfəsində təqdim olunması planlaşdırılır.
banner

Oxşar Xəbərlər